2 min 400 yüz illik məzar tapıldı 

0
594

Antalya şəhərinin Demre rayonunda qazıntı zamanı tarixi məzar tapılıb.
Moderator.az xəbər verir ki, məzar istixana üçün qazılan ərazidə işləyən ekskovatorun daşa ilişməsindən sonra məlum olub. Əraziyə gələn polislər ətrafı nəzarətə alarak Müzey işçilərinə xəbər veriblər.
Likya müzeyinin müdürü Nilüfer Sezgin tapılan məzarın Likya ittifaqına aid olduğunu bildirib və həmin ərazidə belə məzarların çox olduğunu, 6-cı yüz illikdə bölgədə baş verən sel nəticəsində bu məzarlar illər keçdikcə torpaq altında qaldığını bildirib.
Antik dövrdə insanlar öldükdən sonra eyni yerdə diriləcəklərinə inandıqları üçün ev formasında qəbirlər inşa etdirdiklərini söyləyən müzey rəsmisi, məzarın üç qapısının olduğunu söyləyib və ərazidə araşdırmanın davam edəcəyini bildirib.

BIR CAVAB BURAXIN