2 503 dərman sabahdan yeni qiymətlərlə satılacaq – Tarif Şurası təsdiqlədi

0
1037

İndiyədək qeydiyyatda olan 9 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib

Sentyabrın 1-dən Tarif (qiymət) Şurasının təsdiq etdiyi daha 2 503 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq.
“Report”un məlumatına görə, ümumilikdə Tarif Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.
Bunlardan 7 347 dərman vasitəsi təsdiq edilən qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə sabahdan qüvvəyə minəcək.
Beləliklə, sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilib, idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib (keçid:

BIR CAVAB BURAXIN