Milyonçu qadının maraqlı həyatı

0
657

Milyonçu qadının maraqlı həyatı

Tanzaniyada 38 uşaqlı bir ailədə anadan olan Pili həyatda qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, milyoner olmağı bacarıb. Ancaq dediyimiz kimi, bu, ona heç də asan başa gəlməyib.

“Qafqazinfo” BBC-nin Pili Hüseynin həyatından hazırladığı reportajı təqdim edir:

Pilinin atası 6 arvadı olmasına baxmayaraq, onun da fermada işləməsini istəyib. Bu səbəbdən də Pili məktəbə gedə bilməyib.

“Atam mənə oğlan uşağı kimi davranırdı, fermada heyvanlara baxırdım. Bu həyatı heç vaxt sevməmişəm”.

O, gənc yaşında evlənib, ancaq həyat yoldaşı da ona eyni zülmü verdiyi üçün ayrılıb və tək yaşamağa qərar verib.

Ancaq məktəb təhsili olmayan Piliyə heç kim iş vermək istəməyib. Bu vaxt Pili Klimancaro dağının ətəyindəki kiçik bir qəsəbədə mədəndən mavi tanzanit daşının çıxarıldığını öyrənib. Ancaq qadınların mədənə girməsinə icazə olmadığı üçün Pili kişi paltarları geyir və özünü Hüseyn adı ilə təqdim edir. Həmin gündən sonra Pili Hüseyn yerin 600 metr dərinliyində gündə 10-12 saat işləməyə başlayır.

“Çox güclü idim və bir kişinin görə biləcəyi hər şeyi edirdim. Belə deyək, bir qoril kimi hərəkət edirdim. Yeri gəlsə, döyüşürdüm, söyüş belə söyürdüm. Hər işi kişi kimi etdiyimdən heç kim qadın ola biləcəyimi gözləmirdi”- Pili deyib.

Əzminin bəhrəsi olaraq düz 1 il sonra o, iki böyük tanzanit daş yığını tapıb. Həmin gündən sonra Pilinin həyatı tamam dəyişib. Belə ki, əvvəlcə atasına, anasına və əkiz qardaşına ev alıb. Qalan pulla da özünə yeni alətlər alıb və mədəndə işləmək üçün işçi qüvvəsi yığıb.

Ətrafındakılara qadın olduğunu demək istəməyən Pili Hüseyn üstünə təcavüz böhtanı atılan zaman bunu etiraf etmək məcburiyyətində qalıb. Belə ki, qəsəbədə yaşayan qadınlardan biri polisə müraciət edərək mədənçinin ona təcavüz etdiyini deyib. Təcavüz edən şəxs də günahı Pilinin üzərinə atıb. Pili də günahsız olduğunu sübut etmək üçün qadın olduğunu etiraf etmək məcburiyyətində qalıb. Polisi inandırsa da, ancaq uzun müddət ətrafındakıları buna inandıra bilməyib.

Hazırda Pili 70 nəfərin çalışdığı bir mədənin sahibidir. Mədən işinin qadınlar üçün çox çətin olduğunu deyən Pili qadınlara sadəcə daşları yumaq və satışı ilə bağlı işlər verir.

“Gördüyüm işlə qürur duyuram, ancaq bu, heç də asan deyil. Mən oxuya bilməmişəm. Ona gözə də qızım başda olmaqla, bütün qız uşaqlarının oxumasını, təhsil almasını istəyirəm”- deyən Fili hazırda 30-dan çox qızın təhsil almasına kömək edir.

Günel Hacı

BIR CAVAB BURAXIN