0
878

“Putin Sankt-Peterburqda Serj Sarkisyana iki mesaj göndərdi”.

Publika.az xəbər verir ki, bu barədə erməni analitik Aykazn Qaqriyan “lragir” saytında dərc olunan məqaləsində yazıb.

1. Rusiya və Ermənistan strateji müttəfiq deyil.
“Aprel hadisələrindən sonra və Vyana görüşündə Rusiyanın siyasəti uğursuzluğa düçar oldu. Qərb yeni nizama salma sxemi təklif etdi ki, bu da Rusiyanın vasitəçiliyini şübhə altına aldı. Vyanadan sonra Rusiya öz siyasətini xilas etmək üçün Ermənistanla arasına böyük məsafə yaratdı. Bu erməni-rus ittifaqının dağılmasıdır. Putin və Sarkisyan Sankt-Peterburqda keçirilən görüşdə danışıqlar zamanı bunu sübut etdilər. Müttəfiq liderlər tamamilə ayrı-ayrı məsələdən danışırdı”, – deyə erməni analitik yazır.

2. Rusiya Ermənistana aqrar əlavəsi kimi baxır.
A. Qaqriyan qeyd edib ki, Rusiya Ermənistana öz məhsullarını satdığı bazar kimi baxır: “Sankt-Peterburqda söhbətin gedişində Rusiya prezidenti Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalını artırması haqda danışırdı. Sarkisyan dedi ki, Sankt-Peterburqda bunun üçün gəlməyib. Lakin görüş Qarabağa həsr olunsa da, Putin məhz bu haqda danışırdı. Bu onun Ermənistana ikinci mesajı idi. Yəni Rusiya Ermənistana öz bazarı kimi baxır”.
Erməni analitik qeyd edir ki, bu Rusiya-Ermənistan müttəfiqliyinin gerçək üzü idi və belə yanaşma Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyinə sirayət edir.
Qeyd edək ki, Ermənistan-Rusiya müttəfiqliyində çatların yaranması Moskvanın Qarabağ məsələsində Bakıya doğru istiqamətlənməsinə şərait yarada bilər. Erməni siyasətçilərin qorxuları da buradan qaynaqlanır.

BIR CAVAB BURAXIN