172 il əvvəl nəsli kəsilən quş klonlaşdırılacaq

0
791

Böyük Britaniyada sonuncu nümunəsi 1844-cü ildə yaşayan quşu klonlaşdırmağa cəhd edəcəklər.

 

Qütb dəniz quşu olan qaqarka axırıncı dəfə İslandiyanın şimal sahillərində ovlanıb. Orta pinqvin ölçülü bu qanadsız quşların kökü isti xəzə və ətinə görə kəsilib. Ancaq dünyada qaqarkalara aid çoxsaylı müqəvva, dəri, yumurta və hətta doldurulmuş daxili orqanlar saxlanılır. Hazırda beynəlxalq alimlər qrupu mövcud materiallardan istifadə etməklə qanadsız qaqarkanın DNT-sini ayırmağı və onu qaqarkanın yaxın qohumları olan quşun toxum hüceyrəsinə yerləşdirməyi planlaşdırır.

 

Qanadsız qaqarka Avropada insan tərəfindən kökü kəsilən ilk növ olduğundan Britaniya alimləri öz səylərini məhz ona yönəldiblər. Bu növün bərpası Avropanın şimal dənizləri, habelə ABŞ və Kanadanın şərq sahilboyunda ekoloji vəziyyəti xeyli yaxşılaşdırmağa imkan verəcək. (azərtac)

BIR CAVAB BURAXIN