16 yaşlı azərbaycanlı Almaniyada dalbadal yeddi soyğun törətdi

0
263
 

Almaniya polisi bu ölkədə bir-birinin ardınca yeddi soyğunçuluq hadisəsi törədən, otelləri və supermarketləri yaran azərbaycanlı yeniyetməni yaxalayıb.

Azərbaycandan bu ölkəyə getmiş 16 yaşlı yeniyetmə 10 gün ərzində Hamburq şəhərinin qərb hissəsində beş otelə və iki supermarketə quldur basqınları həyata keçirib. Və hər dəfə eyni sxemlə hərəkət edib. O, qara maska taxaraq otellərə və supermarketlərə basqın edib, əməkdaşları və kassrləri bıçaqla hədələyib, pulları tələb edib. Beş soyğunçuluq hadisəsində həmin azərbaycanlı “orta məbləğlərdə” pul aparmağa nail olub, ikisində isə əliboş dönüb. Hamburq polisinin mətbuat katibi Tanja fon der Axe belə deyib.

Polisin bildirdiyinə görə, ilk soyğunçuluq hadisəsi dekabrın 5-də törədilib. Həmin hadisədən sonra polis soyğunçunun izinə düşsə də onun bir-birinin ardınca yeni soyğun hadisələri törətməsinin qarşısını ala bilməyib. Nəhayət ötən həftə sonu polis soyğunçunun kimliyini müəyyən edib və qaldığı yeri təsbit edib. Məhkəmənin çıxardığı həbs orderi əsasında polis əməliyyat keçirərək gənc soyğunçunu həbs edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 5 =