15-17 yaşlarında olan xanımlar 2809 uşaq dünyaya gətirib

0
267

Azərbaycanda 50 və yuxarı yaşda ana olan xanımların sayı az deyil. Arazinfo.com “Yeniavaz.com” istinadən xəbər verir ki, təkcə 2016-cı ildə Azərbaycanda 50 və yuxarı yaşda ana olanların sayı 29 nəfər olub.

Həmin 29 uşaqdan 17-i şəhər yerində ana olub, digərləri isə kənd yerlərində.

50 və yuxarı yaşda doğulanların 20-i ananın ilk, 5-i ikinci, 1-i üçüncü, 2-i dördüncü, 1-i beşinci övladı olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən deyə bilərik ki, 2016-cı ildə ölkəmizdə 30-34 yaşlı analar tərəfindən 21 min 248 uşaq, 35-39 yaşlı analar tərəfindən 7233 uşaq, 40-44 yaşlı analar tərəfindən 1406 uşaq, 45-49 yaşlı analar tərəfindən 139 uşaq dünyaya gətirilib.

Ümumilikdə onu da qeyd edək ki, ötən il Azərbaycanda diri doğulan uşaqların sayı 159 min 464 nəfər olub. Həmin uşaqların 76 min 954 nəfəri şəhər, 82 min 510 nəfəri isə kənd yerlərində anadan olub.

Həm şəhər, həm də kənd yerlərində uşaqlar ən çox 20-24 yaşlı analar tərəfindən dünyaya gətirilib. Bu yaşda olan xanımlar tərəfindən şəhər yerlərində 27 min 441 nəfər, kənd yerlərində 36 min 338 nəfər uşaq doğulub.

Sonda onu da qeyd edək ki, ötən il ölkəmizdə 15-17 yaşlarında olan xanımlar tərəfindən 2809 uşaq dünyaya gətirilib. Həmin uşaqlardan 934 nəfəri şəhərlərdə, 1875-i kənd yerlərində dünyaya göz açıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × three =