0
595

 11

Rusiyaya hazırkı hakimiyyətin siyasəti daha çox xoş gəlir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Demokratik Hərəkat Partiyasının rəhbəri Nino Burcanadze söyləyib. O, Tiflisin Moskvanın ünvanına sərt ismarıclar yollamadığını, bunun isə Kremlə sərf etdiyini bildirib:

“İndi Rusiya üçün Gürcüstanda ideal situasiya yaranıb. Gürcüstan hökuməti Kremli söymür, təhqir etmir, amma bunun qarşılığında Rusiyadan heç nə də tələb etmir. Hökumət Rusiya ilə ciddi iş aparmır. Buraya Abxaziya və Cənubi Osetiya məsələləri də aiddir. Ölkədə olan status-kvo yalnız Rusiyaya sərf edir”.

Qeyd edək ki, Burcanadzenin özü də rusiyayönlü siyasətçidir.

 

BIR CAVAB BURAXIN