1 milyonluq çəkişmə davam edir

0
233

2014-cü ildə aralarında 4.5 milyonluq villa alveri olan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla ATV-nin keçmiş direktoru, Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov arasında ciddi problemlər yaranıb.

BakiPost.az xəbər verir ki, problemə səbəb həmin villanın pulunun tam ödənilməməsidir. Məlumata görə, Bayram Səfərov mülkün pulundan 1 milyon manat saxlayıb və indi onu ödəməkdən imtina edir. Bildirilir ki, alqı-satqı vaxtı villanın sənədlərində müəyyən çatışmazlıq olduğuna görə, Səfərov puldan 1 milyon manat əskik verib. Belə razılığa gəliblər ki, sənədlər qaydasına salınandan sonra qalan pul ödəniləcək. Lakin aradan iki il vaxt ötməsinə baxmayaraq, nə sənədlər qaydasına düşüb, nə də T.İbrahimovhəmin 1 milyondan əl çəkir.

nazim_ibrahimov_interview_160913_4Məlumata görə, məsələnin həlli üçün Diaspor Komitəsinin sədri Nazim İbrahimov da dəfələrlə Bayram Səfərovla görüşüb. O, Səfərovu inandırmağa çalışıb ki, pul ödəndikdən sonra sənədlər qaydasına düçəcək. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Hazırda həmin pulun alınması üçün Tağı İbrahimovun müxtəlif instansiyalara müraciət etdiyi də yayılan xəbərlər arasındadır.

2vilTağı İbrahimovun Novxanıda tikdirdiyi çox dəbdəbəli villasını Bayram Səfərovun alması barədə məlumat 2014-cü ilin yanvarında yayılmışdı. Məlum olmuşdu ki, əvvəlcə 10 milyona satışa çıxarılan villa nəhayətdə 4.5 milyona satılıb. Həmin vaxt Tağı İbrahimov villasının Moskvada yaşayan iş adamına satdığını, lakin ad çəkmək istəmədiyini bildirmişdi.

Bir müddət sonra isə həmin villanı Bayram Səfərovun aldığı bəlli olmuşdu.
Qaçqın rayonlarından birinə başçılıq edən Səfərovun bu qiymətə villa alması mediada və sosial şəbəkələrdə ciddi müzakirə olunmuş, ona yönəlik çoxlu ittihamlar səslənmişdi.(BakıPost)

Ruhi-mainQeyd edək ki, Tağı İbrahimovun Novxanıda yerləşən villasını Bayram Səfərovun almasını “AzPolitika.info” araşdırıb ortaya çıxarmışdı. Həmin dövrdə villanın yeni sahibinin biznes-ledi Ruhi Əliyeva olması barədə xəbərlər yayılmışdı. Ancaq Ruhi “AzPolitika.info”-ya açıqlamasında məlumatı təkzib etmişdi.

Bundan sonra saytımızın araşdırmaları nəticəsində villanın Bayram Səfərovun tərəfindən 4,5 milyon manata(o vaxtkı məzənnə ilə təxminən 6 milyon dollara-red.) alındığı müəyyən edilmişdi. Saytımızın əməkdaşları vilanın şəklini də çəkə bilmişdilər. Həmin fotonu aşağıda təqdim edirik.

Vaqif
AzPolitika.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seven + three =