Ərdoğanla Putin arasında görüş gözlənilir

0
538

Yanvar ayının 23-də Türkiyə prezidenti Rəgəb Tayyib Əroğanla Rusiyanın dövlət rəhbəri Vladimir Putin arasında görüş keçirilməsi nəzərdə tutulub.

Arazinfo.com-un Türkiyə mətbuatına istınadən verdiyi xəbərə görə, bu barədə Ərdoğan parlamentdəki çıxışndan sonra bildirib: “Rusiya prezidenti Vladimir Putinlə yanvar ayının 23-də görüşüm nəzərdə tutulub”.

Ərdoğan Putinlə görüşündə hansı məsələlərin müzakirə ediləcəyini açıqlamasa da, tərəflərin ilk növbədə ABŞ qoçunlarının çıxarılmasından sonra Suriyadakı vəziyyəti, həmçinin terrorçulara qarşı birgə mübarizə və İdlib problemini müzakirə edəcəkləri istisna edilmir.