Ərdoğan sosial islahatlara söz verdi

0
622

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) və ana müxalifət partiyası CHP İstanbulda bələdiyyə seçkilərini udduqlarını açıqlayıb.

İstanbulda jurnalistlərə verdiyi açıqlamada, CHP-nin rəhbrlik etdiyi “Millət İttifaqı”nın namizədi Əkrəm İmamoğlu, partiyasının məlumatlarına istinad edərək, təxminən 28 min çox səs qazandığını söyləyib. Daha sonra AKP blokunun namizədi Binli İldırımın 4 min çox səs aldığını bildirib.

Rəsm Anadolu Agentliyi tərəfindən verilən məlumatlara görə, “Millət İttifaqı” (bülletenlərin 99%-nin hesablanmasına əsasən) səslərin 48,65%-ini, Ərdoğanın “Cümhur İttifaqı” isə İstanbulda 47,7% səs toplayıb.

Bu mövzuda Türkiyə Yüksək Seçki Qurumunun heç bir rəsmi bəyanat olmayıb, amma qurumun başçısı Bazar ertəsi günü İstanbuldakı bəzi seçki məntəqələrindən gələn səslərin təkrar sayıldığını söyləyib.

Ankarada, son nəticələrə görə, “Millət İttifaqı”nın namizədi Mansur Yavaşın 50,9% səs toplayıb. O, paytaxtda 47.2% səs toplamış “Cümhur İttifaqı”nın namizədi olan Mehmet Özhasekini qabaqlayıb.

İzmirdə – üçüncü böyük şəhərdə “Millət İttifaqı”nın namizədi Mustafa Tunç Soyer 58%-lə liderlik edir. Ərdoğan blokunun namizəd olan Nihat Zeybekci 38,5%-lə ikincidir.

Səslərin 99 faizinin hesablanması ilə AKP və sağçı Milliyyətçi Hərəkət Partiyası (MHP) 51,7% səs toplayıb.

CHP və İYİ Partiyanın “Millət İttifaqı” – 37,6.

Ərdoğan iqtisadi islahatlar söz verir

Rəy sorğuları Ərdoğan üçün başağrısı olub. Yüksək səviyyəli inflyasiya və keçən il böyük valyuta böhranı ucbatından artan işsizlik sözünü deyib.

Bazar günü İstanbulda keçirilən mətbuat konfransında danışan Ərdoğan etiraf edib ki, bir sıra şəhərlərdə partiyası nəzarəti itirib və o, diqqətin iqtisadi islahatlarda cəmləşdirəcəyini bildirib.

Ötən il prezident seçilmiş Ərdoğan növbəti seçkilərin 2023-cü ilin iyun ayında keçiriləcəyini və Türkiyədə azad bazara ziyan vermədən “güclü iqtisadi proqram” tətbiq edəcəyini sözlərinə əlavə edib.

Türk siyasi analitiki Murat Yetkin “əl-Cəzirə”yə deyib: “Ərdoğanın rəhbərlik etdiyi AKP-MHP ittifaqı Ankara ilə birlikdə İstanbulu itirsə, bu, Türkiyənin beş böyük şəhərinə nəzarətin itirilməsi deməkdir. İstanbul, 11 milyon seçici ilə, böyük itki olaraq qəbul ediləcək”.

O əlavə edib: “Nəticələr göstərir ki, AKP MHP ilə simbiotik tərəfdaşlıq etmədən əksəriyyəti qoruya bilmir”.

CHP-nin könüllüsü olan Özgür Dilber AKP-nin populyarlığının azaldığını deyir: “Hətta Ərdoğanın bloku İstanbulda qalib gəlsə belə, bu, dəyişiklik istəyən seçicilərin sayının artdığına sübutdur”.

İqtisadiyyatın hökmü

Bu ayın əvvəlində rəsmi statistik göstəricilər göstərib ki, 2018-ci ilin son iki rübündə Türkiyə iqtisadiyyatı tənəzzül keçirib, çünki inflyasiya və faiz dərəcələri valyuta axınına görə yüksəlib.

Fevral ayında inflyasiya 20 faiz səviyyəsində idi, Mərkəzi Bankın əsas faiz dərəcəsi isə hazırda 24 faizdir.

Bazar günü keçirilən səsvermədə “Cümhur İttifaqı” yerli seçkiləri ölkənin təhlükəsizliyini təhdid edən daxili və xarici risklərdən müdafiə kimi təqdim etməyə çalışıb.

Ərdoğan Türkiyənin üzləşdiyi valyuta böhranı və digər iqtisadi çətinliklər görə xarici gücləri və “möhtəkirləri” günahlandırıb.

Ana müxalifətin ittifaqı, öz növbəsində, kampaniyasını iqtisadi vəziyyət və onun vətəndaşlara təsiri üzərində qurub.

Seçiciləri fərqli mənşələrini cəlb etmək üçün o, partiyaların bayraqları deyil, kampaniyalarda Türkiyə bayrağından istifadə edib.

Tərcümə: Strateq.az