Ərdoğan Qərbə ciddi güzəştə gedir – Dəyişiklik

0
544

 

Türkiyədə CHP və digər partiyalar AKP-yə qarşı bloklaşma siyasətinə getmək fikrindədirlər. Məqsəd isə bəllidir.

Bu sözləri axar.az-a Ankara kulislərində hökumətin yanvarda Nazirlər Kabinetində sürpriz dəyişikliklərə gedəcəyi ilə bağlı aparılan müzakirələrlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Türkiyə mətbuatında sözügedən mövzunun tez-tez hallandırılması ölkədə mürəkkəb siyasi proseslərin getdiyindən xəbər verir:

“Türkiyə hakmiyyəti də görür ki, əhalinin əhval-ruhiyyəsi ciddi surətdə dəyişir. Bu üzdən də qardaş ölkə kurs və xarici siyasətində müəyyən korrektələrə gedə bilər. Bu kontekstdə Avropa Birliyinə hər şeyin yenidən başlanılmasına dair edilən müraciət Türkiyənin Qərbə çox ciddi güzəşti hesab edilə bilər. Qərb tərəfindən bunun necə qiymətləndirəcəyi hələ bəlli deyil. Ancaq Türkiyə Almaniya ilə münasibətləri salmana sala bilib. Hər halda xarici işlər nazirlərinin görüşündən sonra belə bir təəssürat yaranır”.

Politoloq bildirib ki, iqtisadi göstəricilərin nəzərdə tutulan həddə çatdırılmaması fonunda Türkiyə daxilində vəziyyət ürəkaçan deyil:

“İnflyasiyanı dayandırmaq mümkün deyil, lirə isə sürətlə ucuzlaşır. Bu isə iqtisadi problemlərlə üzləşən əhalinin əhval-ruhiyyəsinə öz təsirini göstərir. Hətta belə fikirlər irəli sürülür ki, indiki şəraitdə seçkilərin keçirilməsi qələbə yolunda AKP üçün əlverişli olmaya bilər. Digər tərəfdən, Türkiyədə CHP və digər partiyalar AKP-yə qarşı bloklaşma siyasətinə getmək fikrindədirlər. Məqsəd isə bəllidir. Bu prosesin CHP-nin rəhbərliyi altında baş tutması isə qüvvələr nisbətini müxalifətin xeyrinə dəyişə bilər. O üzdən də hesab edirəm ki, Ərdoğan çox mühüm siyasi taktiki gedişlə hökumətin buraxılması ideyasını rəğbətlə qarşılayır. Bu fonda yaxın vaxtlarda Türkiyə Nazirlər Kabinetinin tərkibində ciddi struktur dəyişiklikləri istisna edilmir. Türkiyə prezidenti bununla bir növ ölkədə əhalinin bəlli bir kəsiminin narazılığını aradan qaldırmaq və AKP-yə olan əvvəlki inamı bərpa etmək istəyir”.

 

BIR CAVAB BURAXIN