Ərdoğan-Putin görüşü: Moskva bundan xəbərsizdir

0
458

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yaxın günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşməyi planlaşdırıb.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə parlamentdəki çıxışından sonra jurnalistlərə açıqlamasında Ərdoğan deyib: “Bu gün və ya sabah Türkiyə nümayəndə heyəti Moskvaya səfər edəcək. Bundan sonra mən Moskvaya gedərək Putinlə danışıqlar aparacağam”.

Danışıqların hansı formatda keçiriləcəyi barədə suala cavabında Türkiyə prezidenti böyük ehtimalla Putinlə təkbətək görüşəcəyini bildirib.

Öz növbəsində Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı jurnalistlərə açıqlamasında hazırda Putinlə Ərdoğanın görüşü barədə hər hansı razılığın olmadığını bildirib.