Ərəb turist 16 yaşı qızı otelə gətirdi, ara qarışdı –BAKIDA

0
577

1492845494_b_550_325_16777215_00_images_xeber_sekilleri_7aprel2017_dfdfdfdfd (1) 

 

 

 

 

 

 

 

 

 

Bakıdakı otellərin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.

Oteldə müştəri olan şəxs otelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyirmiş. Otel administratoru isə ərəbə başa salmağa çalışırmış ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.

Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisədən istifadə edərək azyaşlı qızla söhbət edib ərəbin onu aldadaraq otelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb. Nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub. Otelə isə ərəblə gecələməyə gəlibmiş. Amma otel rəhbərliyi onların bu arzusunu çin olmağa qoymayaraq, həmin şəxslərə nömrə verməyib. /kanal13

BIR CAVAB BURAXIN