Ərəb nazir türkləri oğru adlandırdı

0
616

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Tvitterdə Türkiyəni 1916-cı ildə cinayət törətməkdə ittiham edən və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan status paylaşıb.

Teleqraf.com xəbər verir ki, ərəb nazirin tvitində Mədinə şəhərinin müdafiəçisi Fahri Paşanın müharibə zamanı cinayətə əl atdığı, ərəblərdən pul və qiymətli əşyalar oğurladığı qeyd olunub. Paylaşımın sonunda isə “bunlar Ərdoğanın babaları və onların ərəblərlə davranışı” ifadəsi qeyd olunub.

Ərdoğanın sözçüsü İbrahim Kalının Şeyx Abdullah bin Zayedə cavabı özünü çox gözlətməyib.

“Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirinin türklərlə ərəbləri təkrar bir-birinə qarşı qoymağa xidmət edən yalanı paylaşması utancvericidir. İngilislərin planlarına qarşı Mədinəni qəhrəmancasına müdafiə edən Fahri Paşaydı. Nə bahasına olursa olsun Prezident Ərdoğana hücum etmək yeni dəbdi?”, deyə İbrahim Kalın bildirib.

BIR CAVAB BURAXIN