Əməliyyatlar yenidən başlana bilər

0
553

Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinə qarşı hərbi əməliyyat keçirə bilər.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraq hökuməti sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən və onların birgə idarə edilməsini təklif edən Ərbili hərbi əməliyyatla təhdid edib.

İraqın baş naziri Heydər əl-İbadi oktyabrın 16-da peşmərgə qüvvələrinə qarşı hərbi əməliyyatın dayandırılması barədə göstəriş verib. Onun sözlərinə görə, atəşkəsin məqsədi mübahisəli ərazilərdə və sərhəd-keçid məntəqələrində nəzarətin İraq ordusu tərəfindən maneəsiz ələ keçirilməsidir.

BIR CAVAB BURAXIN