Əfqanıstanda terror: 18 nəfər ölüb

0
492

Əfqanıstanda növbəti terror aktı həyata keçirilib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, terror aktı Əfqanıstan xüsusi təyinatlıların hərbi bazası yaxınlığında həyata keçirilib. Güclü partlayış nəticəsində 18 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

Bir az əvvəl isə Tolo Nevvs məlumat verib ki, Taliban Vardak əyalətinin Maydanşəhr şəhərindəki Əfqanıstan silahlı qüvvələrinin hərbi bazasına hücum edib. Hələlik hadisənin təfərrüatları barədə geniş məlumat verilmir.