Ərik bağından meyvə yeyən polis bağ sahibindən belə hallalıq istədi

0
576
Polisin bağ sahibinə yolladığı məktub hamını şoka saldı.
Arazinfo.com moderator.az-a istinadən xəbər verir ki, maraqlı hadisə Türkiyədə baş verib. Biləcik şəhərində kənd yolu üzərində erik bağına baxmağa gedən Engin Yağçı ağacdan asılan məktubu açarkən məttəl qalıb. Məlum olub ki, məktubu ərazidən  keçən Türkiyə polisi yazaraq ağacdan asıb.
Belə ki, ərik bağından  meyvə yeyən polis əməkdaşları torbada yazılı məktubla bərabər bağ sahibinə pul da yollayıblar. Yazdıqları məktubda isə bağ sahibindən yedikləri məyvəyə görə hallalıq istəyiblər. Məktubun altındakı telefon nömrəsinə zəng vuran bağ sahibi onlara hər zaman bağından ərik yeməyə icazə verdiyini bildirib.
Vasif Əlihüseyn

BIR CAVAB BURAXIN