Ərdoğana qarşı sui-qəsd hazırlanır

0
249

Türkiyənin “Star” nəşrinin yazarı Əhməd Kekəç FETÖ-nun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planlaşdırdığını iddia edib.

Axar.az xəbər verir ki, Kekəç Ərdoğana qarşı QİÇS virusundan istifadə ediləcəyini məqaləsində bildirib.

Müəllif FETÖ lideri Fətullah Gülənin çıxışlarından birində Ərdoğana “Sabaha sənin salamat çıxacağına təminat varmı?” sözlərinin yeni sui-qəsd hazırlanmasından xəbər verdiyini qeyd edib.

Kekəç qeyd edir ki, Gülən çıxışlarından birində sui-qəsdlə bağlı atmacasında belə deyib: “Sabaha çıxacağının bir təminatı yoxdur. Bir beyin qan sızması ağır çəkic kimi başına enər və alıb aparar. Gözlənilməz bir şəkildə xərçəngə ilişər, səni götürüb aparar. Qəfildən gəlib sənə dəyər”.

Müəllif iddia edir ki, FETÖ Ərdoğanı aradan götürmək üçün yeni bir işə baş qoyub. Yeni sui-qəsd silahı QİÇS virusu olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − nineteen =