Ərdoğan Məhəmməd Əlinin dəfnindən niyə yarımçıq qayıtdı?

0
165

Ötən gün dəfn edilən Məhəmməd Əlinin dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, prezidentin boksçunun cənazəsinə və dəfninə qatılmaq üçün ABŞ-a getməsi, lakin səfərini yarımçıq saxlayaraq geri qayıtmasına səbəb Əlinin haqlarını satın alan şirkətin səhvləri olub.

Ərdoğana qarşı böyük hörmətsizlik edildi

Cənazə zamanı ilk gərginlik namaz zamanı yaşanıb. Belə ki, namaz zamanı kimin harada dayanacağı əvvəlcədən müəyyən edilməyib. Buna görə də mərasimə qatılan Tayyib Ərdoğan, enerji naziri Berat Albayrak, gənclik və idman naziri Çağatay Kılıç və türk heyət tabutun olduğu yerə gələrkən qarmaqarışıqlıq yaşanıb. Cənazə namazı qılınan yerdə polislərin çoxluğu da türk heyəti narahat edən məsələlərdən olub. Bundan başqa əvvəlcə Ərdoğanın mərasimdə çıxışı nəzərdə tutulub, lakin sonradan bu, ləğv edilib. Bütün bunlardan sonra prezident ikinci  gün keçiriləcək mərasimə qatılmamaq haqqında qərar verib.

Məhəmməd Əlinin tabutunu daşıyan tək türk

Mərasimdəki problemlər boksçunun muzeyi kimi fəaliyyət göstərən Məhəmməd Əli Mərkəzində də baş verib. Ərdoğan Əlinin ailəsi üçün gətirdiyi hədiyyələri təqdim etmək üçün 15 dəqiqə bir otaqda gözləməli olub. Buna baxmayaraq muzet direktoru Əlini təmsil edən və idmançının prezidentin sovqatını almaq üçün gələn ikinci həyat yoldaşından olan qızının hədiyyələri ala bilməyəcəyini deyib. Qarışıqlığa səbəb isə M.Əlinin 4-cü həyat yoldaşı olub. Nəticədə Ərdoğan Türkiyədən apardığı hədiyyələri heç kim verə bilməyib.

Bütün bunlardan sonra boksçunun yaxın dostlarından biri Ərdoğanın qatıldığı iftara gələrək ondan baş verənlərə görə üzr istəyib. İddiaya görə, 3 il öncə Məhəmməd Əlinin adı ilə bağlı olan haqları satın alan “Authentic Brands Group” şirkəti prezidentin adının çıxış edənlər siyahısından çıxarılmasına,  Kəbə örtüyünün tabut üzərinə qoyulmasına izin verilməməsinə görə məsuliyyət daşıyır.

Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdə

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Əlinin dəfni üçün edilmiş səfərində

1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulanMəhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb.

1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.

Əfsanəvi boksçu iyunun 4-də vəfat edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 12 =