Əfqanıstandan qaynaqlanan terror təhlükəsi Orta Asiya və Qafqazı hədəfə alıb

0
631

Səfəvilər imperiyasının xəritəsi. 1501-1736-cı illər

 

 

 

FTX direktoru Aleksandr Bortnikov MDB dövlətlərinin təhlükəsizlik orqanları və xüsusi xidmət başçıları Şurasının toplantısında çıxış edərək bildirib ki, “beynəlxalq terror təşkilatları Suriya və İraqda hərbi məğlubiyyətə uğrayaraq güc və vasitələrini yenidən qruplaşdırıb Yaxın Şərq hüdudlarından kənara göndərir”.

Bu, bir tərəfi. Digər yandan, onun məlumatlarına görə, “banditlərin əsas toplaşma mərkəzi İŞİD-in artıq mövqelərə malik olduğu Əfqanıstan seçilib”.

Rusiya prezidenti Vladimir Putin öz növbəsində dəqiqləşdirib ki, “indiki anda Əfqanıstanda güvənliklə bağlı durum ağırlaşır”.

Ölkənin şimal hissəsində, o cümlədən keçmiş sovet respublikalarının səhədində radikal qruplaşmaların fəalliğının artdığı müşahidə olunur.

Bu məlumatlar başqa qaynaqlar tərəfindən də təsdiqlənir və mühüm dəqiqləşdirmələrlə müşayiət olunur. Deməli, Əfqanıstana ən yaxın vaxtda qayıdışı gözlənən general Dustuma yaxın şəxslər məlumat veriblər ki, İŞİD döyüşçüləri öz qüvvələrini Əfqanıstanın şimalına köçürürlər.

Məsələ burasındadır ki, müasir Əfqanıstanın öyrənilməsi Mərkəzinin eksperti Samuell Poyyanın qeyd etdiyi kimi, cihadçıların Əfqanıstanda görünməsi artıq çoxdan qeydə alınıb. 2015-ci ilə aid məlumatlara görə, İŞİD o zaman Əfqanıstan-Pakistan sərhədi boyunca puştun tayfalarının ərazisində əsaslanıb və bütün vərəqələri puştun dilində çap edib. Bu, fikir doğurur ki, əvvəllər “Taliban”da olan bəzi qruplaşmalar ona qoşulub. Onlar “Özbəkistan İslam Hərəkatı”nın radikalları və başqa qruplaşmalarla birlikdə – “Taliban”dan fərqli olaraq – Əfqanıstanda Xorasan Vilayəti yaratmaqla öz nüfuzlarının Orta Asiya respublikaları və Qafqazayayılmasını qarşılarına məqsəd qoyublar. Bununla yanaşı, Əfqanıstan xronikası bu qruplaşmalar arasındakı toqquşmaları dəfələrlə qeyd edib.

Burada hər şey ilk baxışdan görünə biləcəyi qədər sadə deyil. Əfqanıstanda “Taliban” və İŞİD potensialca birləşə bilərdi. Onlar sovet qoşunları çıxarılandan sonra hazırda faktiki olaraq ölkədə rəsmən şəkillənən geopolitik konturlar – puştun haşiyəsində əsasən sünni müsəlmanlardan ibarət olan “Əfqanıstan İslam Əmirliyi” və Əfqanıstan şiələri və tacik ismaililəri, xəzərləri, özbəkləri və türkmənləri ehtiva edən “Şimal Alyansı” adlı qurum yaradır.

İŞİD bununla yanaşı Əfqanıstanda iki əsas vəzifə qoyur: şiələri sünniliyə qaytarmaq və əlbəttə, Əfqanıstanın özündən savayı hələ Pakistan, indiki İran, Qafqaz, Orta Asiya və b. daxil olmaqla, az qala, Səfəvilər dövrünün sərhədlərindəki dövləti yenidən qurmaq.

Təsadüfi deyil ki, İŞİD-in Əfqanıstanda meydana çıxdığını görən Tehran Əfqanıstan və Pakistan ərazisində hərbi əməliyyatlar aparmağa hazır olduğunu bildirib.

Qeyd etmək gərəkdir ki, İran İraq və Suriyada İŞİD-ə müqavimət göstərən qüvvələrə yetərincə uğurla yardım edib. Lakin indi durum müəyyən dəyişimlərə uğrayır.

General Dustumun qaynaqlarının məlumatına əsasən, Əfqanıstanın şimalında Cauzcan əyalətində adamları ələ almaq və həddi-buluğa çatmayanların hərbi hazırlığı ilə məşğul olan Əlcəzair və Fransa mənşəli İŞİD döyüşçülərinin görünməsi qeydə alınıb. Həmçinin əlavə etmək olar ki, Cauzcan əyaləti, demək olar, sadəcə, əlçatmaz olub, çünki başqa əyalətlərdən gələn yollar bağlanıb və bu əyalət faktiki olaraq döyüşçülərin əlinə keçib. Güman etmirəm ki, əcnəbi döyüşçülər bu yerlərə alışacaqlar. Görünür, onları, əlbəttə, Orta Asiya daxil olmaqla  qonşu ölkələrdə terrorçu fəaliyyətə yönəldəcəklər. Bu, bir. Və ikincisi: əldə olan məlumata əsasən, bu cihadçılar, az qala, ən müasir silahlara və əsgəri təchizata sahibdir, yerli hakimiyyətlərə amansız müqavimət göstərirlər. Mərkəzi Hərbi Dairə qoşunlarının komandanı Aleksandr Lapin bununla bağlı sıradakını bildirib:“Beynəlxalq terror təhlükəsi ilə mübarizənin bitdiyindən danışmaq tezdir. Suriyada şiddətli cavab almış döyüşçülər Əfqanıstanda iştirakı artırırlar. Bunlar hazırlıq keçmiş, yaxşı təchiz edilmiş və lazımı qədər qiyətləndirilməli, motivləşdirilmiş düşmənlərdir”.

Əfqanıstanın şimalında döyüşçülərin hansı miqdarı haqda söhbət aparmaq gərəkdiyini müəyyən etməyə çalışaq. Bu barədə dəqiq məlumatlar yoxdur. 800-dən 5 min nəfərədək müxtəlif rəqəmlər göstərilir. Onlar əsasən Cauzcan, Sari-Pul, Fəryab, Qunduz və Bədəxşan əyalətlərində cəmlənib və görünən perspektivdə hərbi baxımdan ancaq sırf yerli, lokal təhlükə ifadə edirlər. Lakin Qırğızıstan eksperti, perspektiv araşdırmalar Mərkəzinin rəhbəri Sergey Masaulovun hesab etdiyi kimi, “ən xoşagəlməzi budur ki, döyüşçülər Bəlx əyalətində (paytaxt – Məzari-Şərif) peyda olublar”.

Onun sözlərinə görə, Orta Asiyada “məscid əhlinin, harada təhsil aldıqları anlaşılmayan və islamdan uzaq ideyaları təbliğ edən imamların sayının artımı” müşahidə olunur.

Başqa təhlükə haqda Bortnikov danışaraq bildirib ki, “İŞİD terror qruplaşmasının döyüşçüləri “muxtar cihad” adlı yeni taktikaya keçməyi qət ediblər”.

O bu zaman qeyd edib ki, döyüşçülər Əfqanıstandan MDB ölkələrinə yollana bilərlər.

Göy məscid. Məzari-Şərif. Əfqanıstan

 

Və bir də. Putin illik mətbuat konfransının gedişində bildirib ki, “ABŞ daxil olmaqla Rusiya və başqa dövlətlər Əfqanıstandan qaynaqlanan mövcud hədələrə müqavimət üzrə birgə səylər çərçivəsində uğurlara nail ola bilərdi”.

Rusiya prezidentinin Əfqanıstan üzrə özəl təmsilçisi Zamir Kabulov öz növbəsində vurğulayıb ki, “Moskva Əfqanıstanda ABŞ-la əməkdaşlığa hazırdır və Amerika tərəfindən konkret təkliflər gözləyir”.

Hələlik buna ancaq Pentaqon başçısı Ceyms Mettis reaksiya verib və Əfqanstanda Vaşinqton və Moskvanın əməkdaşlığına ümidini ifadə edib. Lakin göstərilən tendensiya ABŞ prezidenti Donald Trampın avqustda  səsləndirdiyi Əfqanıstan istiqamətində yeni strategiyaya sığacaqmı? Demək çətindir. Ağ Ev hələlik Əfqanıstandan qalibiyyətli xəbərlərlə kifayətlənir, lakin 16 ildə bu qədim ölkədə çoxminlik iştirak amerikalıları çox şeyə öyrətməliydi. Əfqanıstanda dünyaya yeni çağırış ortaya çıxıb və buna reaksiya vermək gərəkdir.

Stanislav Tarasov

Tərcümə Strateq.az-ındır.

BIR CAVAB BURAXIN