Əfqanıstanda növbəti terror aktı həyata keçirilib

0
116

Əfqanıstanda terrorçu kamikadze minalanmış maşını kəşfiyyat xidməti əməkdaşlarının üzərinə sürüb.

Arazinfo. com-un verdiyi xəbərə görə, bu barədə Tolo Nevvs telekanalının yaydığı məlumatda deyilir. Kabul ətrafındakı Paqman qəzasında həyata keçirilən terror aktı nəticəsində 4 nəfər hərbçinin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir. Terror aktı nəticəsində kamikadzenin də öldüyü məlum olub. Hələlik terror aktına görə Əfqanıstandakı silahlı qruplaşmaların heç biri məsuliyyəti öz üzərinə götürməyib.