Əcaib coğrafi səhvlər: Kırzbekistan…

0
224
Trump və Orta Şərg

Trump və Orta Şərg

Bu və ya digər media qurumu ölkələri xəritədə səhv salanda, yaxud hansısa siyasətçi mövcud olmayan ölkədən danışanda, sosial şəbəkələrdə “Kırzbekistan” yada düşür

“Frans-press” agentliyi ABŞ prezidenti Donald Trump-ın 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə gəlməsinə məhdudiyyət qoyan əmrini, ABŞ ərazisində törədilən terror hücumlarını və dövlət başçısının biznes maraqlarını açıqlayan inforqrafika dərc edib.

İnfoqrafikalı xəritədə Qırğızıstan Qazaxıstanın yerində təsvir edilib. “Trump tauer” göydələnlərindən biri isə Rostov ərazisində yerləşdirilib. Agentlik daha sonra inforqrafikanın düzəldilmiş variantını dərc edib.

Bu, beynəlxalq medianın Orta Asiyanın keçmiş sovet respublikalarını səhv saldığı ilk hal deyil. Belə səhvlərə istər Qərb, istərsə Rusiya nəşrləri yol verir.

“New York Times” və “Kırzbekistan”

Dünyanın heç bir xəritəsində belə dövlət yoxdur. Bununla yanaşı, onun öz “twitter” hesabı, milli azlıq icmaları var. Onun hətta ixrac etdiyi əsas məhsullar da məlumdur: elektrik enerjisi, yun, qiyamət bığlar).

Qazaxıstan "Borat" filmində

Qazaxıstan “Borat” filmində

Ölkəni “New York Times” qəzetinin jurnalisti John Brunch təsadüfən yaradıb. O, alpinist Tommie Coldwel-lin Pamir dağlarındakı sərgüzəştlərini təsvir edərkən səhv buraxıb. Ancaq onun bu səhvi digər nəşrlərdən olan həmkarlarının xoşuna gəlib.

“Conde Nast Traveller” jurnalı bu, “arzuların gerçək olduğu”, amma mövcud olmayan dövlətin turizm səyahət kitabını hazırlayıb. “Kırzbekistan”ın rəsmi “twitter” hesabında ölkənin xarici siyasəti təsvir olunur. Sən demə, bu ölkə Avstraliya ilə düşmənçilik edirmiş.

“Kırzbekistan – gülməli deyil”

“Bloomberg” agentliyi “Kırzbekistan – gülməli deyil” başlıqlı köşə yazısı dərc edib.

Hər dəfə bu və ya digər media qurumu xəritədə ölkələri səhv salanda, yaxud hansısa siyasətçi mövcud olmayan ölkədən danışanda, sosial şəbəkələrdə “Kırzbekistan” yada düşür.

2013-cü ilin fevralında ABŞ-ın vəzifəsinə yeni başlayan ovaxtkı dövlət katibi John Kerry də Virciniya Universitetində ölkəsinin xarici siyasətinə həsr olunmuş nitqi zamanı mövcud olmayan ölkə “yaradıb”.

John Kerry ,10 yanvar 2017

John Kerry ,10 yanvar 2017

“Amerikanın cəsur əməkdaşları planetin ən təhlükəli yerlərində çalışırlar. Onlar Nigeriyada korrupsiya ilə mübarizə aparır, Birmada (Myanmada) hüququn aliliyini bərqərar edirlər. Kırzaxstan və Gürcüstanda demokratik dəyişikliyi dəstəkləyirlər…” – Kerry deyib.

Daha sonra onun bu nitqinin mətni rəsmi saytda dərc edilib. Məlum olub ki, dövlət katibi “Kırzaxstan” deyərkən, Qırğızıstanı nəzərdə tuturmuş. Dövlət Departamenti öz rəhbərinin bu səhvinə heç bir şərh verməyib.

Mərkəzi Asiya coğrafiyasını pis bilən təkcə Amerikanın demokrat siyasətçiləri deyil. 2012-ci ildə prezident seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının namizədlərindən olan Herman Cain-dən müsahibə alan jurnalist ondan ABŞ-ın xarici siyasət məsələləri ilə məşğul olmağa hazır olub-olmadığını soruşub. Namizəd sarkazmla cavab verib.

“Bilmirəm. Siz bilirsiniz?”

“Aparıcı: Məsələn, Özbəkistanın prezidenti kimdir?

Herman Cain: “Mən belə suallara hazıram. Məndən Yubeki-beki-beki-beki-stanın prezidentini soruşsalar, deyəcəyəm ki, bilmirəm. Siz bilirsiniz?”.

Rusiyanın “Matç TV” telekanalının nümayiş etdirdiy xəritədə Krasnodar şəhəri Qazaxıstanda – Xəzər dənizinin sahilində, təxminən Aktau şəhərinin yerində təsvir olunub.

Rusiyanın "Match tv" kanalı

Rusiyanın “Match tv” kanalı

Xəritədə Moskva Samara ilə Saratovun arasında yerləşdirilib. Kazan təxminən Omskın yerində, Yekaterinburqsa Novosibirsk və Barnaulun yaxınlığında göstərilib.

Xəritəyə inansaq, Münhen Polşada, Paris Almaniyanın cənubunda, Nyu York xeyli şimalda, Monrealsa qütb dairəsindən şimalda yerləşir.

Təxminən üç il əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin adından narahatlığını dilə gətirib. Regionda “-stan”la bitən ölkə sayının həddindən çox olduğunu deyən Nazarbayev ölkəsinin adının dəyişdirilməsini istisna etməmişdi:

“Güman ki, zamanla ölkəmizin adını “Kazak eli” adına dəyişmək məsələsini nəzərdən keçirmək lazım olacaq. Ancaq öncə mütləq bunu xalqla müzakirə etmək lazımdır”.

Keçən il Qazaxıstanda “Kazak eli” adlı ikisaatlıq cizgi filmi istehsal edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × three =